Bölgələrdə kredit böhranıbackend

Bölgələrdə kredit böhranı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov bu suallara aydınlıq gətirib. O bildirib ki, rayonlarda faizlərin yüksək olmasının əsas səbəblərindən biri bölgələrin biznes kreditlərindən daha az faydalanmasıdır: \”Belə ki, risklərini sığortalamaq istəyən banklar nisbətən aşağı faizli biznes kreditlərini Bakıda təklif etməyə üstünlük verirlər. Bu isə bir tərəfdən, bankların regionlarda real sektoru daha az dəstəkləməsinə, digər tərəfdən isə rayon sakinlərinin bahalı kreditlərdən istifadə etməsinə səbəb olur. Eyni zamanda, nisbətən aşağı faizli ipoteka kreditlərinin da məhz daha çox paytaxtın payına düşməsi kredit faizlərinə təsir göstərir. Belə ki, indiyədək təqdim edilən 17079 ədəd ipoteka kreditinin 11679-u paytaxtın, 1563-u Sumqayıtın, 773-ü Abşeron və Xırdalanın, 599-u Gəncənin, 142-i Naxçıvanın payına düşüb. Mingəçevir 65, Lənkəran isə 35 ipoteka kreditindən faydalana bilib. Son 9 ildə rayonların əksəriyyətinin aldığı ümumi ipoteka kreditlərinin sayı 10-dan az olub. Bu isə ipoteka kreditlərindən istifadə də Bakı ilə rayonlar arasında kəskin fərqin olduğunu göstərir. Bu da təbii ki, orta kredit faizlərinə təsir göstərməkdədir. Rayonlarda bank filallarının sayının az olması və bu səbəbdən Bakı ilə müqayisədə zəif rəqabət də kredit faizlərinə təsir göstərir. Bu baxımdan, kreditə çıxış imkanlarının asanlığı da məhz kredit faizlərinə təsir göstərən əsas faktorlardan hesab edilir. Bununla yanaşı, rəsmi orta kredit faizləri ilə vətəndaşların cəlb etdiyi istehlak kredit faizləri arasında fərq mövcuddur. Aydındır ki, Bakıda 12 faizə nəinki istehlak və hətta əksər hallarda biznes kreditləri cəlb etməkdə xeyili müşkül görsənir. Orta kredit faizlərinin nisbətən aşağı olması isə faizlərin hesablanması metodologiyasında güzəştli kreditlərinin da faizlərindən istifadə edilməsidir. Bu hesablama orta faiz ilə real faiz arasında fərq yaradır. Bununla yanaşı, təbii ki, orta faizdən daha çox, istehlak kreditlərinin faiz dərəcələrinin azaldılması istiqamətində fəaliyyətlərin gücləndirilməsi daha vacibdir\”.

İnterpress.az