Müsavat namizədləri qeydiyyata alınmırbackend

Müsavat namizədləri qeydiyyata alınmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə məlumatı AzNews.az-a partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, bu günə kimi namizədliyi irəli sürülən şəxslərdən 10-u imza vərəqələrini Dairə Seçki Komissiyasına təqdim edib: “Həmin namizədlərin sənədlərinə baxılıb, başa çatdırılması haqqında məlumat yoxdur. Hələ vaxta var, oktyabrın 2-ə kimi sənədlərin qəbulu, 8-nə kimi isə deputatlığa irəli sürülən namizədlərin qeydə alınması prosesi olacaq. Bunlar qanunla tənzim olunur”.

G.Aslanlı bildirib ki, seçki məcəlləsinin tələblərinə uyğun olaraq sənədlər Dairə Seçki Komissiyalarına təqdim ediləndən 7 gün ərzində baxılıb qərar verilməlidir.

Xatırladaq ki, Müsavat Partiyası noyabrın 1-də keçiriləcək parlament seçkilərində 90-a yaxın namizəd irəli sürüb.

İnterpress.az