Gəncə-Daşkəsən yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların şəxsiyyəti müəyyənləşib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, inkassator avtomobilində olan bank işçiləri – 1988-ci il təvəllüdlü Samir Abdullayev, 1978-ci il təvəllüdlü İlyas Verdiyev və 1989-cu il təvəllüdlü Rufan Hümbətov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına oradan isə Bakıya – Mərkəzi Klinik
Xəstəxanasına aparılıblar.
***
Göygöl rayonun Qızılca kəndi ərazisində Azərbaycanda fəaliyyət göstərən banklardan birinin inkassator avtomobili ilə “Ford Tranzit” markalı avtomobil toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. ( apa )
İnterpress.az