Səudiyyə Ərəbistanının şahzadəsi bayram günü qulluqçunu zorlayıbbackend

Səudiyyə Ərəbistanının şahzadəsi bayram günü qulluqçunu zorlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

28 yaşlı şahzadəni qulluqçunu zorlamaqda şübhəli bilirlər, bu barədə BBS məlumat yayıb.

Polisin məlumatına görə, Səudiyyə Ərəbistanının 28 yaşlı şahzadəsi Məcid Əbdülziz Əl Saud ABŞ-da yaşadığı malikanənin qulluqçusunu zorla cinsi yaxınlığa məcbur edib.

Los Anceles polisi hadisə yerinə qonşuların telefon zəngindən sonra gəlib. Qunşular polisə zəng edərək xəbər veriblər ki, şahzadənin yaşadığı malikanənin həyətində qan içində olan bir qadın köməyə çağıraraq malikanəni əhatə edən hasarı aşıb bayıra çıxmağa çalışır.

Polis hadisə yerinə çatanda məlum olub ki, hasarı aşıb qaçmağa çalışan qadın Səudiyyə Ərəbistanı şahzadəsinin 37 milyon dollara kirayələdiyi malikanədə qulluqçu işləyirmiş və şahzadə bu qadını zorla oral cinsi münasibətə məcbur edib.

İlkin olaraq həbs edilən şahzadə sonrada 300 min ABŞ dolları məbləğində girov müqabilinə ABŞ-ı tərk etməmək şərti ilə şərti azad edilib. Məhkəmə dinləməsi isə oktyabr ayının 19-na təyin edilib.

Qeyd edək ki, şahzədənin günahı sübüt edilərsə onu ABŞ-da kifayət qədər ciddi və uzun müddətli cəza gözləyir. Amma onu da vurğulamaq yerinə düşər ki, bu cinayətə görə şahzadənin vətənində – islam qanunları ilə yaşayan Səudiyyə Ərəbistanında cəza boynu vurulmaqla edam edilməkdir.

İnterpres.az
E. Məmmədov