Bu gün Qubanın Əliqulu Nərimanov küçəsində baş verən avtomobil qəzası yerindən reportaj hazırlayan jurnalistlər Quba yol polisi əməkdaşlarının psixoloji təziqinə məruz qalıb.
Bu gün Qubanın Əliqulu Nərimanov küçəsində yol nəqliyyat hadisəsi baş verib. Beləki, bu küçə ilə hərəkət edən \”NİVA\” markalı avtomobil Əzizbəyov küçəsindən çıxan \”KİA\” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə şahidləri bu ərazidə tez tez baş verən qəzaların səbəbini yol nişanlarının olmamasında görürlər.
Məsələ ilə bağlı hadisə yerinə baxış keçirən yol polisi əməkdaşlarına müraciət etdikdə onlar hadisə barədə məlumat verməkdən nəinki boyun qaçırıblar eyni zamanda əməkdaşımızı kənara çəkib hədə qorxu da gəlmək istəyiblər.
Jurnalistlərdən birini kənara çəkən yol polisi əməkdaşı Qubadan yayımlanan Xəyal televiziyasının aperatonuna belə bir sual ünvanlayıb: \”Sen qubalısan? Adami öz yerlisini çəkdiyinə görə bilirsən nə edərlər?\” Hadisə yerində olan digər jurnalistlərin məsələyə müdaxiləsi münaqişənin böyüməsinə imkan verməsə də, fakt faktlığında qalır, hadisə yerində olan Quba yol polisi əməkdaşları nədənsə qəza faktının özünü ört basdır etmək və çəkiliş aparılmasına mane olmağa çalışırdılar.
Redaksiyadan: \”Daxili işlər naziri Ramil Usubov cənablarına və Respublikanın Baş Prokuroru Zakir Qaralov cənablarına açıq sual: \”Jurnalistə bu cür hədə-qorxu tonlu suallar ünvanlamaqla onun məlumat toplamasına mane olan və psixoloji təziq göstərən polis əməkdaşına qanun çərçıvəsində nə edərlər?\”\”
E.Məmmədov