Məlumata görə, evdə baş vermiş yanğına K.Adıgözəlovanın özü səbəb olub. O, qayınanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb.
Bundan başqa hadisənin şahidi olan qonşular da, evi mərhumun özünün yandırdığını və bundan sonra intihar etdiyini bildiriblər.
* * * *
Rayonun 8-ci kilometr bazarının arxasında yerləşən 9 mərtəbəli binaların birində çıxan yanğın bir nəfərin ölməsinə səbəb olub.
Belə ki, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yanğın zamanı həyəcanlanıb və nəticədə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.
Sabunçu xəstəxanasından verilən məlumata görə, A.Könül xəstəxanaya gətiriləndə artıq ölmüş vəziyyətdə olub (musavat.com).
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az