Bunu BMT-də dayanıqlı inkişaf mövzusunda keçirilən sammitdə Kuba rəhbəri Rauk Kastro deyib.
Onun sözlərinə görə, Kubaya qarşı yarım əsr davam edən iqtisadi, kommersiya və maliyyə blokadası Kuba xalqına ziyan vuraraq ölkənin iqtisadi inkişafına əngəl törədir.
Kastronun sözlərinə görə, blokada həmçinin ABŞ vətəndaşlarının və şirkətinin maraqlarına da əngəl yaradır.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama və Kuba rəhbəri Raul Kastro 2014-cü ilin dekabrında 50 il əvvəl dayandırılmış diplomatik münasibətlərin bərpa edilməsini və ticarətə, sərmayə qoyuluşuna və gediş-gəlişə qoyulan bir sıra məhdudiyyətlərin götürüldüyünü elan ediblər. Lakin ABŞ-ın Kubaya qarşı embarqosu hələ də qüvvədə qalmaqdadır, onun ləğvi üçün ABŞ Konqresinin razılığı gərəkdir.
İnterpress.az