Rusiya, Suriya, İraq və İran İŞİD-lə mübarizə üzrə İnformasiya Mərkəzi yaradıblarbackend

Rusiya, Suriya, İraq və İran İŞİD-lə mübarizə üzrə İnformasiya Mərkəzi yaradıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə hərbi-diplomatik mənbə məlumat yayıb.

“Rusiya, Suriya, İraq və İran Bağdadda İnformasiya Mərkəzinin yaradılmasına dair qərar qəbul ediblər. Mərkəzə sadalanan ölkələrin baş qərargahlarının nümayəndələri daxil olacaq”, deyə mənbə bildirib.

Mənbənin sözlərinə görə, mərkəzin əsas vəzifəsi Yaxın Şərq bölgəsində İŞİD-lə mübarizə kontekstində məlumatın toplanması, araşdırılması, təhlili, onun aidiyatı üzrə yönəldilməsi və qeyd olunan ölkələrin baş qərargahlarına operativ ötürülməsini təmin etmək olacaq.

Rusiya, Suriya, İran və İraq zabitləri yaradılan quruma rotasiya qaydasında rəhbərlik edəcək.

İnterpress.az