Avstraliyada kempinq üçün nəzərdə tutulmuş dəniz sahilində qəfil böyük bir yarım dairə şəklində dəlik əmələ gəlib. Bir neçə saniyə içində əmələ gələn dəlik dəzin suyu ilə dolub.
Hadisə zamanı bazar gününü dəniz sahilində keçirmək istəyən 140 nəfər futbol meydaçası boyda olan həmin ərazidə istirahəe edirmişlər. İnsanlar bu nəhəng sürüşmədən canlarını son anda qurtara bilsələr də, kempinq üçün quraşdırılmış çadırlar, treyllerlər və avtomobillər sulara qərq olub.
\”Çimərlik birdən – birə ayaqlarımızın altından çəkilməyə başladı, və saniyələr işində bütün bu ərazi su altında qaldı\” deyə hadisə şahidləri bildirib.
Alimlər hələ ki, bu təbiət hadisəsinin nədən qaynaqlandığını dəqiq açıqlamayıblar.
İnterpress.azhttps://youtube.com/watch?v=_4QQQEG65T0