İnterpress.az xəbər verir ki, Rusiya xüsusi təyinatlıları hal-hazırda helikopterlərin və zirehli texnikanın cəlb edilməsi ilə Azərbaycan Rusiya sərhəddi yaxınlığında əməliyyat aparır. Əməliyyatın məqsədi həmin ərazilərdə, dağlarda və meşəlik sahələrdə gizlənmiş silahlıların aşkar edilərək məhv edilməsidir.
Əməliyyatın keçirildiyi 5 rayonun ərazisində antiterror əməliiyatı rejimi tətbiq edilib, yollarda postlar qurulub, avtomobillər və insanlar yoxlanılır, kütləri tədbirlərin keçirilməsinə qadağa tətbiq edilib. Dağlarda isə silahlı toqquşmalar davam edir. Rusiya KİV-lərinin məlumatına görə antiterror əməliyyatı rejimi həyata keçirilən hərbi əməliyyatlar sona yetənədək davam edəcək.
Qeyd edək ki, Dağıstanın cənubundakı bu beş rayon Azərbaycanlıların sıx yaşadığı ərazilərdir.
E. Məmmədov
İnterpress.azhttps://youtube.com/watch?v=eimp-dAgKBY