Dilçilik İnstitutu: Radiolarda dil qaydaları bərbad vəziyyətdədirbackend

Dilçilik İnstitutu: Radiolarda dil qaydaları bərbad vəziyyətdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov deyib.

O, bildirib ki, hazırda Dilçilik İnstitutunun əməkdaşları televiziya kanallarının monitorinqini aparırlar.

Ş. Məmmədovun sözlərinə görə, televiziya kanallarından sonra orta məktəb dərsliklərinin monitorinqinə başlanılacaq.

Dilçilik İnstitutunun əməkdaşı əlavə edib ki, monitorinqin ilkin nəticələrinə əsasən əvvəlki illərlə müqayisədə televiziyalarda dil qaydaları ilə bağlı vəziyyət dəyişməz olaraq qalmaqdadır: “Artıq biz üç ildir ki, telekanalların monitorinqini aparırıq. Əlbəttə, müəyyən düzəlişlər də var. Amma dil qaydalarındakı problemlər təkcə televiziyaların yox, həm də cəmiyyətin problemidir”.

Qeyd edək ki, sentyabrın 15-dən etibarən AMEA Nəsimi adına Dilçilik İnstitutu Milli Televiziya və Radio Şurası (MTRŞ) ilə birgə televiziyalarda ədəbi dil qaydalarına riayət olunması ilə bağlı monitorinqlərə başlayıb. Monitorinqlər sentyabr-oktyabr aylarını əhatə edəcək.

İnterpress.az