Dəmirtaşdan CHP-yə koalisiya siqnalıbackend

Dəmirtaşdan CHP-yə koalisiya siqnalı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Hamburqa səfəri zamanı çıxış edən Dəmirtaş CHP ilə kaolisiyanın ölkəyə normal bir iqtidar verə biləcəyini ifadə edib: “CHP, HDP və parlament xaricindəki sülh və azadlıq tərəfdarı olan çevrə Türkiyə ictimaiyyətinə alternativ bir iqtidar verə bilər”.

Beləliklə də Türkiyədə ana müxalifət partiyası ilə HDP-nin koalisiyasının mümkünlüyü barədə ilk siqnal verilib: “Bu ideoloji anlayışla Türkiyə inkişaf etməz. Ya AKP özünü dəyişdirəcək, ya da Türkiyə AKP-dən yaxa qurtaracaq. CHP, HDP və parlamentdən kənardakı qüvvələr Türkiyə ictimaiyyətinə alternativ bir demokratik iqtidar verə bilərlər”.

İnterpress.az