Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublarbackend

Azərbaycanlı zəvvarlar Həcc ziyarətini başa vurublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov APA-ya bildirib ki, artıq zəvvarlar ziyarətin sonuncu əməli olan şeytana daş atma əməlini başa vurublar və indi vida təvafı ilə məşğuldurlar.

Zəvvarların şeytana daş atma əməlini sağ-salamat başa vurduqlarını deyən QMİ rəsmisi bildirib ki, sabahdan etibarən onların Ciddə şəhərindən Vətənə dönüşü başlayacaq: “Hər gün uçuşlar olmaq şərti ilə oktyabrın 1-i Ciddədən azərbaycanlı zəvvarları gətirən sonuncu təyyarı uçacaq”.

Qeyd edək ki, bu il Həccə Azərbaycandan 2400-ə qədər zəvvar yola düşüb. Onlardan ikisi Məkkədə dünyasını dəyişib.

İnterpress.az