İnterpress.az xəbər verir ki, bu barədə ölən şəxsin qohumları məlumat verib.
1980-ci il təvəllüdlü 2-ci qrup əlil Bəhruz Əsədov Salyan Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində ölüb.
Qeyd edək ki, B. Əsədov bu gün səhər saatlarında rayonun Qızılağac kəndində su kollektoruna yıxılıb. B.Əsədovun boğulduğunu görən ətrafdakı şəxslər onu xilas ediblər.
İnterpress.az