Məscid-i Əqsaya basqınbackend

Məscid-i Əqsaya basqın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”AA\” müxbirinin Məscidi-i Əqsanın muhafizəçilərindən telefonla əldə etdiyi məlumata görə, səhər saatlarında Əqsanın həyətinə girən İsrail polisi camaatdan çölə çıxmasını istəyib. Çölə çıxmağı rədd edən Fələstinli gənclər, Məscid-i Əqsanın içərisinə girərək əməliyyata müqavimət göstərib.

Bunun üzərinə səs bombası, göz yaşartıcı qaz və plastik güllələrlə camaata müdaxilə edən İsrail polisi, Əqsanın qapısına qədər gələrək damına çıxıb.

Təhlükəsizlik səbəbiylə adını vermək istəməyən Əqsa gözətçisi, \”İsrail polisinin müdaxiləsi nəticəsində bütün Müsəlmanları Əqsanın xaricinə çıxardığı, Yəhudi köçgünlərin və turistlərin isə həyətə alındığını\” məlumatını verib.

Rəsmi İsrail susur

İsrail polisindən mövzuyla əlaqədar hələ hansı bir açıqlama edilməyib.

Yəhudilərin \”Sukot\” olaraq adlandırılan bayramlarına təsadüf edən qarşıdurmaların, həftə ərzində davam edəcəyi narahatlığı var.

Digər tərəfdən İsrailin, 50 yaşdan aşağı olan Müsəlmanların Məscid-i Əqsaya girməsini qadağan etmişdi

İsrail polisi tərəfindən edilən yazılı açıqlamada, \”dünən axşamdan etibarən 50 yaş altındakı müsəlman kişilərin Əqsaya girişlərinin qadağan edildiyi, bu vəziyyətin ikinci bir əmrə qədər davam edəcəyi\” ifadə edilib.

Açıqlamada, bu qərarın fələstinli gənclərin Əqsada İsrail polisinə daş atması nəticəsində alındığı bildirilmişdi.

Dünən səhər Məscid-i Əqsaya girən İsrail əsgərləri ilə Fələstinlilər arasında qısa müddətli qarşıdurma yaşanmışdı.

İnterpress.az