Obama: yoxsulluqla mübarizə üçün kömək deyil investisiya edilməlibackend

Obama: yoxsulluqla mübarizə üçün kömək deyil investisiya edilməli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Obama, New Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) mərkəzində davam edən “Davamlı İnkişaf Məqsədləri” zirvəsi şərçivəsində danışıb. Obama, BMT-nin 2030-cu il “Davamlı İnkişaf Məqsədləri” yığıncaqları üçün dünyaya səslənib. Obama, BMT-nin 15 illik inkişaf hədəflərinin təmin edilə bilməsi üçün ölkələrin yanında şirkətlər və vətəndaş cəmiyyətin ortaq səyləri ilə trilyonlarla dollarlıq investisiyanın lazım olduğunun vurğulayıb.

Obama, dünyada 800 milyon nəfərin, qadın və uşağın gündəlik 1 dollar 25 sentdən az gəlirlə çalışdığını ifadə edərək milyardlarla insanın da sağalan xəstəliklər ucbatından risk altında olduğunu dilə gətirdi. Obama, BMT-nin ortaya qoyduğu hədəflərin iddialı olduğunu, ancaq ölkələrin bir araya gələrək bunun öhdəsindən gələ biləcəyini söylədi.

İnkişafın, müharibələr təhlükəsi altında olduğuna işarə edən Obama, \”Döyüşlər ümumiyyətlə pis idarəçilikdən qaynaqlanır. Milyonlarla Suriyalı qarşıdurmaya görə başqa ölkələrə qaçmaq məcburiyyətində qaldı. II Dünya Müharibəsindən bu yana dünyanın ən böyük qaçqın böhranı ilə qarşı-qarşıya qaldıq. Mühacirlərin adaptasiyası üçün daha çox işin görülməsi lazımdır. Bu səylərin da yalnız diplomatiya ilə uyğun olması lazımdır \”deyə nitqində bildirib.

BMT yığıncağındakı çıxışlardan sonra “2030 Davamlı İnkişaf Məqsədləri” zirvəsi yekunlaşdı . BMT, bu gündən etibarən bu həftə ərzində Baş Məclisin işləri üçün gələn dünya liderlərinin çıxışlarına və görüşmələrinə ev sahibliyi edəcək.

İnterpress.az