İsveçredə yeddi banka qarşı təhqiqat başladıldıbackend

İsveçredə yeddi banka qarşı təhqiqat başladıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komissiya dəyərli metalların manipulyasiya edilməsi iddiasından sonra bu qərarı alıb.

Xəbərdə ikisi İsveçrə bankı olmaqla, yeddi bankın dəyərli metalların ticarətində qiymətlərin manipulyasiya edilməsində adı hallanıb.

Banklar arasında qızıl, gümüş, platin, palladium kimi dəyərli metallara qiymətlərin qoyulmasında qeyri-qanuni razılaşmaların edildiyindən şübhələndikləri bildirilib.

Haqlarında təhqiqat işi başladılan banklar sırasında İsveçrənin ən böyük bankı UBS, JuliusBaer, Deutsche Bank, HSBC, Barclays, Morgan Stanley və Mltsui də yer alır.

İnterpress.az