Bu barədə Rusiyanın dövlət başçısı BMT-nin Baş Assambleyasındakı çıxışında deyib.
“Atəşkəsə nail olunub. Hazırda növbəti addımın atılması, Donbasda 100 mm-dən az çaplı silahların geri çəkilməsinə dair razılığa gəlmək lazımdır. Eyni zamanda, üç əsas istiqamət üzrə – siyasi nizamlama, təhlükəsizlik, iqtisadi-humanitar məsələləri üzrə işləri davam etdirilməlidir”, deyə V.Putin bildirib.
Putin həmçinin rəsmi Kiyev və separatçılar arasında birbaşa dialoqun qurulmasının vacibliyini vurğulayıb.
İnterpress.az