İnterpress.az Mərkəzi Seçki Komissiyasının saytına istinadən xəbər verir ki, bitərəf olan Zeynəb Xanlarova 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən növbəti dəfə qeydə alınıb.
Qeyd edək ki, Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin XI-XII çağırış deputatı olub. 1995-ci ilin noyabrında Milli Məclisə keçirilən seçkilərdə 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən deputat seçilən xalq artisti o vaxtdan indiyədək parlamentin üzvüdür. O, 1995, 2000, 2005 və 2010-ci il deputat seçkilərində iştirak edərək qalib olub.
Onu da bildirək ki, hakim Yeni Azərbaycan Partiyası 50 saylı Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən namizəd irəli sürməyib.
İnterpress.az