YAP-ın bütün namizədləri qeydə alındıbackend

YAP-ın bütün namizədləri qeydə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YAP-ın irəli sürdüyü namizədlərin hamısı dairə seçki komissiyaları tərəfindən qeydə alınıb. Bununla da, YAP Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınaraq siyasi partiya kimi iştirak etmək hüququ qazanıb. Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb. Uğurla başa çatmış imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1226 nəfər iştirak edib.

Onu da bildirək ki, Milli Məclisə seçkilər noyabrın 1-də keçiriləcək.

İnterpress.az