Bu barədə Cebhe.info-ya Ramal Hüseynov özü məlumat verib. Jurnalistin sözlərinə görə, imza vərəqələrinə dairə seçki komissiyası tərəfindən baxılıb və namizədliyi təsdiqlənib. “Təbliğat-təşviqata start veriləndən sonra təbliğatımızı aparmağa başlayacağıq. Biz elektoral bazamızı müəyyənləşdirmək üçün təbliğat texnologiyalarımızı müəyyənləşdiririk. Əslində elektoral bazamız göz önündədir. Bu baxımdan narahatlığımız yoxdur. Həmçinin şüarlarımızı, təbliğat materiallarımızın formalarını tərtib edirik. Hesab edirəm ki, seçki qərargahı işlərini uğurla həyata keçirir. Təşviqat kampaniyasına tam hazırıq”.
İnterpress.az