Heydər Əliyev prospektində hərəkət edən \”Ford\” markalı 90 SV 773 nömrəli avtomobilin təkəri boşalıb. Avtomobili səki kənarında saxlayan Zeynəb Dostəliyeva avtomobildən düşüb. Bu zaman yüksək sürətlə hərəkət edən \”Ferrari\” markalı avtomobil \”Ford\” maraklı avtomobili arxadan vurub. \”Ford\” markalı avtomobil zərbənin təsirindən səki üzərinə qalxıb. Avtomobilin qarşısında dayanan Zeynəb Dostəliyevanın yüngül xəsarət aldığı bildirilir.
Qeyd edək ki, \”Ferrari\” markalı avtomobilin üzərində dövlət qeydiyyatı nişanı olmadığı üçün nömrəni təqdim edə bilmirik. Hadisə ilə bağlı araşdırma aparılır. (axar.az)
İnterpress.az