Görüş prezidentin Zağulbadakı iqamətgahında baş tutub.
Görüş zamanı İ. Əliyev bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər çərçivəsində Sank-Peterburqla Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq mövcuddur: “Belə müsbət fonda biz regional əməkdaşlığı gücləndirməliyik. Ümid edirik ki, Sankt-Peterburqla potensialı inkişaf etdirəcəyik”.
G. Poltavçenko isə Bakının çox dəyişdiyini bildirib: “Bütün ölkə birinci Avropa Oyunlarını izlədi və hər şeyin şəhərdə sevgi ilə hazırlandığını göstərir. Azərbaycan və Sankt-Peterburq arasında ənənəvi olaraq mehriban münasibətlər olub. Biz gəmiqayırma sahəsində əməkdaşlıqda maraqlıyıq, çünki Sankt-Peterburq dəniz şəhəridir”.
Sankt-Peterburq nümayəndə heyətinin üzvləri Fəxri xiyabanda Heydər Əliyev, Müslüm Maqomayev, Habil Əliyev və digər məşhur elm, incəsənət, siyasi və ictimai fəalların məzarlarını ziyarət ediblər. Qonaqlar həmçinin Rixard Zorqe adına parkda Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə önünə gül dəstləri qoyublar.
Səfər çərçivəsində Sankt-Peterburq qubernatoru Q. Poltavçenko Leninqrad blokadasının sağ qalan şahidləri ilə görüşəcək. Əvvəl onların sayı 50 nəfər idi, indi isə 9 nəfərdir. Onlar Rusiya səfirliyi, Müharibə veteranları şurası və Azərbaycan Silahlı Qüvvələri tərəfindən təşkil olunan tədbirlərdə fəal iştirak edirlər.
İnterpress.az