Bu barədə Arqument.Az-a NİDA üzvlərindən biri məlumat verib.
Onun sözlərinə görə, Aygün Pəncəliyeva Üzeyir Məmmədlinin istefasından sonra bu qərara gəlib və \” Mən də NİDA-nı tərk edirəm\” deyib.
Qeyd edək ki, Aygün Pəncəliyeva əvvəllər NİDA-nın İdarə Heyətinin üzvü olub. Son günlərə qədər Gənclərin Hüquqlarının müdafiə komitəsinin üzvü idi.
Onu da bildirək ki, Aygün Pəncəliyeva Üzeyir Məmmədlinin həyat yoldaşıdır.
Məlumatı Arqument.Az-a Üzeyir Məmmədli də təsdiqləyib.
İnterpress.az