İnterpress.az xəbər verir ki, qarşı binadakı qonşular tərəfindən çəkilən bu görüntünün internetə düşməsi, ölkədə günün müzakirə mövzusu olub.
Görüntülərdə tək başına olduğu görülən uşağın bəzən əllərini buraxaraq aşağıya boylanması videonu çəkənləri qorxudub.
Pəncərənin ensiz olan kənarına çıxaraq ayaq üstə duran uşaq, 15 dəqiqəyə qədər ölümlə oyun oynadı. Uşağın arxasında ailəsindən kimsənin olmaması narahatlıqları artırdı. Görüntülərdə uşaq bir ara iki əlini birdən buraxaraq sanki şou göstərirdi.
Qonşuların hadisəni görməsindən sonra polis çağırılaraq ailəyə xəbər verildi. Rusiyanın Ural bölgəsinin Çelyabinsk şəhərinin Mias qəsəbəsində yaşanan hadisə səbəbi ilə polis ailə haqqında istintaq başladıb.
Ailə ilə görüşən polis, verdiyi açıqlamada ailədə hər şeyin normal olduğunu, hər hansı problemin görülmədiyini bildirib. İddiaya görə, uşağın bir an açıq qalan pəncərəyə çıxmasını ailə fərdləri fərq edə bilməyib.
İnterpress.azhttps://youtube.com/watch?v=XUlRJuoDTzk