Bu barədə məlumatı rusiyalı jurnalist İlya Varlamov öz bloqunda yayıb. Jurnalist bu zaman “ən-Nüsra Cəbhəsi”nin Twitter səhifəsinə istinad edib.
“Yerli islamçılar, İŞİD yox, “ən-Nüsra Cəbhəsi” bir rus əsgərinin başına 1 milyon Suriya lirəsi, yəni təxminən 10 min ABŞ dolları pul mükafatı təyin edib” – deyə İ.Varlamov yazır.
Qeyd edək ki, Rusiya bir neçə gün əvvəl Suriyaya qoşun yeridib. Hazırda bu ölkədə rus əsgərləri anti-Əsəd qüvvələrə qarşı döyüşür. (virtualaz.org)
İnterpress.az