“Televiziya kanallarına qarşı güzəşt limiti artıq bitib”backend

“Televiziya kanallarına qarşı güzəşt limiti artıq bitib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N. Məhərrəmli bildirib ki, MTRŞ bu məsələdə israrlıdır: “Ona görə də hər hansı televiziya kanalına qarşı indiyə qədər olan güzəşt limiti artıq bitib, belə verilişlərin bağlanması davam etdirəcəyik”.

Həmin verilişlərin reytinqinə gəlincə, N. Məhərrəmli bildirib ki, hələ bu məsələdən çıxış yolu tapa bilməyiblər: \”Amma bunun üzərində işləyirik. Çünki reytinq ölçən təşkilatlarla bağlı iş çox şübhə doğurur. Hansı insanların evlərində hiprmetrlərin olması şübhəlidir. Ona görə də bu məsələ barədə düşünürük. Çalışacağıq ki, rəqəmsal yayıma tam keçiddən sonra bu məsələni həll edək”.

Verilişlərin bağlanmasına görə ANS və digər telekanallar tərəfindən MTRŞ-in məhkəməyə verilməsinə gəlincə, N. Məhərrəmli məhkəmədən qorxmadıqlarını vurğulayıb: “Biz qərarlarımızı hüquqa uyğun veririk. İstənilən şəxs bizi məhkəməyə verə bilər, biz buna hazırıq. MTRŞ Azərbaycan efirində baş verən prosesləri tənzimləyən, qərar verən qurumdur”.

İnterpress.az