İnterpress.az xəbər verir ki, New Yorkda keçirdiyi mətbuat konfransında danışan Lavrov, \”Biz İraq hökuməti vasitəçiliyi ilə Rus silahlarını kürdlərə çatdırırıq. Rusiya, İraq, İran və Suriyanın yer aldığı Bağdad kəşfiyyat mərkəzində kürdlər də təmsil edilir\” dedi.
Suriyada dünən başlayan rus reaktivlərinin əməliyyatı ilə əlaqədar suallara isə Lavrov, \”İŞİD, Əl Nüsra və digər terror təşkilatları hədəfdə. Hava əməliyyatlarını İraqa doğru genişləndirmə planımız yoxdur. Kübar insanlarıq, dəvət edilmədən getmərik\” deyə cavab verib.
Rusiyanın hədəfinin ABŞ ilə eyni olduğunu, terrorizmlə mübarizə apardıqlarını deyən Rusiya xarici işlər naziri Lavrov, \”Biz, Suriya prezidenti Bəşər Əsədin dəvəti ilə Suriyada terrorla döyüşürük. Biz öz xalqı ilə vuruşanları dəstəkləmirik. Terrorla döyüşürük. ABŞ liderliyindəki koalisiya da İŞİD və digər terror təşkilatlarını düşmən elan edib. Rusiya da bunu edir. Məqsədimiz eynidir\” ifadələrini işlədib.
Lavrov, Azad Suriya Ordusunu (OSO) Suriyada siyasi prosesə qatılan müxalif qrup olaraq gördüklərini, ASO-nun terrorçu olmadığını ifadə edib.
İnterpress.az