İnterpress.az xəbər verir ki, New Hampshire-daki seçki mitinqində danışan milyarder iş adamı Donald Trump, \”Qazansam, geri gedəcəklər\” deyib.
Trump, hələ keçən ay Fox televiziyasında ABŞ-ın daha çox qaçqın alması lazım olduğunu söyləmişdi. Ancaq son mitinq çıxışında, isə \”200 min suriyalı almaq istədiyimizi eşidirəm. Bunlar İŞİD xadimləri də ola bilər\” ifadələrini istifadə edib.
Qaçqınları \”200 min nəfərlik ordu\” deyə adlandıran Donald Trump, daha sonra \”Bu kütləvi köçün bir hissəsi olan suriyalıları nəzərdə tuturam. Qazansam geri gedəcəklər\” deyib.
Köç məsələsi ilə bağlı isə, ABŞ-ın cənub sərhədinə divar hörülməsini təklif edən Donald Trumpun kampaniyasında istifadə etdiyi başlıca şüarlardan biri də budur.
Xatırladaq ki Trump, daha əvvəl də qeyri-qanuni meksikalı immiqrantlar üçün \”Ölkəyə narkotik və cinayət gətirirlər. Təcavüzçülər\” dediyi zaman böyük etiraza səbəb olmuşdu.
İnterpress.az