İnterpress.az xəbər verir ki, Rusiyanın, Suriyadakı hava əməliyyatları ilə bağlı Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanat yayaraq, Rusiyaya Suriya müxalifətinə və vətəndaşlarına qarşı hücumlarına dərhal son verməsi və İŞİD-lə mübarizə səylərinə fokuslanması çağırışı edib.
Vətəndaşları hədəf alır
Yeddi ölkə tərəfindən verilən ortaq məlumatda, Rusiyanın vətəndaşları hədəf almasından narahatlıq duyulduğu yazılaraq, bu ifadələrə yer verilib: \”ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri olaraq, Rusiya Federasiyasının Suriyadakı son hərbi fəaliyyətləri haqqında aşağıdakıları bəyan edirik:
İŞİD hədəf alınmır
Rusiya Federasiyasının Suriyaya hərbi əməliyyatlarından və xüsusilə Rus Hava Qüvvələrinin dünəndən bəri Hama, Xüms və İdlibdə vətəndaş itkilərənə səbəb olan və hədəfi İŞİD olmayan hücumlarından dərin narahatlıq hissi keçiririk.
Gərginliyi artıran bu hərbi fəaliyyətlər, ifratçılığı və radikalizmi daha da çox qızışdırmaqdan başqa heç bir məqsədə xidmət etməyəcək. Rusiya Federasiyasını, Suriya müxaliflərinə və vətəndaşlarına qarşı hücumlarına dərhal son verməsi və İŞİD-lə mübarizəyə yonəlməsi çağırışı edirik.\”
36 vətəndaş həyatını itirdi
Rusiyanın, Xümsdə həyata keçirdiyi hava hücumunda 36 vətəndaşın həyatını itirdiyi məlumatı verilmişdi, Rusiya isə bu hesabatları yalanlayaraq, Suriyadakı hədəflərinin İŞİD və digər terror təşkilatları ilə mübarizə olduğunu aşıqlayıb.
Xarici işlər naziri Feridun Sinirlioğlu da dünən etdiyi açıqlamada: “Türkiyə, vətəndaşların hədəf alındığı məlumatları səbəbiylə narahatdır” deyə bildirib.
İnterpress.az