Bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, xarici KİV Xarici İşlər Nazirliyində akkreditasiyadan keçəndən və MSK-ya məlumat verərək müvafiq sənəd alandan sonra seçkini izləmək hüququ əldə edir: “Həmin jurnalistlər və onların ətrafında anti-Azərbaycan kampaniyası aparmaq istəyən dairələr bilməlidirlər ki, Azərbaycanda bu və ya digər fəaliyyəti həyata keçirmək üçün hüquqi normaları yerinə yetirmək lazımdır. Azərbaycanda bütün xarici KİV-in fəaliyyəti üçün zəruri şərait yaradılıb. Ancaq xarici KİV Azərbaycanda fəaliyyət göstərmək istəyirsə, jurnalistlərini qanuna müvafiq qeydiyyatdan keçirməlidir. Mətbuatımızın da bunu nəzərə çatdırması lazımdır”.
İnterpress.az