Bu barədə AzVision.az-a hakim partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.
YAP rəsmisi bildirib ki, Leyla Abdullayeva namizədliyini öz istəyi ilə geri götürüb.
L.Abdullayevanın namizədliyini hansı səbəbdən geri götürməsi isə məlum deyil.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının açıqladığı seçki siyahısında Leyla Abdullayeva 41 saylı Sumqayıt birinci seçki dairəsindən namizəd kimi təqdim edilmişdi.
İnterpress.az