“Məkkədə 3 azərbaycanlı ölüb”backend

“Məkkədə 3 azərbaycanlı ölüb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda Modern.az saytına “Məşədi Dadaş” məscidinin imam-camaatı, eyni zamanda Həcc ziyarətində Qafqaz Müsəlmanları İdarəsini qrup rəhbəri olaraq təmsil edən Hacı Şahin Həsənli deyib.

QMİ rəsmisi bildirib ki, zəvvarların vətənə daşınması üçün Qafqaz Müsəlmanları İdarəsi həmin şirkətlə müqavilə imzalayıb. Buna baxmayaraq şirkət müqavilə şərtlərinə əməl etməyərək, insanların vaxtında daşınmasını təmin etməyib. Bu səbəbdən də zəvvarlar saatlarla gözləməli olublar.

“Biz Ciddə hava limanında gözləməmək üçün həmin aviaşirkətin hesabına oteldə qaldıq. Yalnız 1gün qaldıqdan sonra qayıda bildik, amma zəvvarların böyük qismi hələ də hava limanında gözləməkdədirlər”.

Hacı Şahinin sözlərinə görə Həcc ziyarətində iştirak edən azərbaycanlılardan 3 nəfər vəfat edib:

“Həmin insanlar günvurma və ürək tutmasından dünyasını dəyişib. Hazırda xəstəxanada olanlar yoxdur”.

Məlumat üçün bildirək ki, zəvvarları gətirən sonuncu reys oktyabrın 3-də Bakıya enməli idi.

İnterpress.az