İnterpress.az xəbər verir ki, İraq İnsan Haqqları Komissiyası üzvü Fazil Garravi mətbuata açıqlamasında, İŞİD-in 2015-ci ilin ilk ayında 6 min 238 vətəndaşın ölümünə, 14 min 933 adamın isə yaralanmasına səbəb olduğunu deyib.
Fazil Garravi İŞİD mənsublarının 2014-cü ilin əvvəlindən bu yana İraq və Suriyada 19 mindən çox vətəndaşı qətl etdiyini açıqlayıb.
İnsan Hüquqları komissiyasının üzvü, səbəbsiz yerə vətəndaşların öldürülməsinin qətliam sayıldığını, buna görə təşkilat haqqında Beynəlxalq Cəza Məhkəməsinə müraciətin lazım olduğunu deyib.
İŞİD terror təşkilatı 2014-cü ilin İyun ayında İraq Ordusunun geri çəkilməsindən sonra savaşsız bir şəkildə Mosul, Ənbar və Səlahəddin şəhərlərini işğal etmişdi.
Terror təşkilatının hücumlarına görə, 3 milyona qədər mülki vətəndaş yerindən olub.
İnterpress.az