Baluyevski Azərbaycanla yanaşı Qazaxıstan, Qırğızıstan və Tacikistanın da İŞİD-lə mübarizə aparmalı olduğunu vurğulayıb: “Bu dövlətlər niyə İŞİD -lə mübarizədən kənarda qalmalıdır? Onlar bu terror təşkilatının məhv edilməsində Moskva qədər maraqlıdır.”
Rusiya hərbçisinin bu sözləri hazırki məqamda Ukraynada təklənən Rusiya özünə yeni müttəfiq axtarışı fonunda məntiqli səslənir. Hələ ki, Rusiya qırıcıları bütün beynəlxalq etirazlara baxmayaraq, bir neçə gündür Suriya ərazisini təkbaşına bombalayır. Müttəfiqlik məsələsində Putinin ən böyük ümüdü keçmiş post-sovet ölkələrinədir. Bu dövlətlərdən yüzlərlə vətəndaş İŞİD və onun nəzarətində olan terror təşkilatlarına qoşulub. Rusiya bu səbəbdən İŞİD-lə mübarizədə postsovet ölkələrinin könüllü iştirak edəcəyinə böyük ümüd bəsləyir. ( anspress.com )
İnterpress.az