O bildirib: \”Biz yüklər barədə məlumatların qarşılıqlı mübadiləsini aparacağıq və bir tərəfin gömrük nəzarətinin nəticələri digər tərəfdən tanınacaq. Bundan başqa, vaqonların dəyişdirilməsini və gömrük nəzarəti zamanı göndərilən yüklərin boşaldılmasını planlaşdırırıq. Bütün bunlar nəzarət prosesini xeyli sürətləndirməyə imkan verəcək\”.
Türkiyəli nazir BTQ dəmiryolu xəttinin gələcək sərnişinlərinin pasport nəzarəti məsələsinə toxunaraq qeyd edib ki, gələcəkdə bu prosedur sadələşdirilə bilər: \”İlkin mərhələdə pasport nəzarəti ölkə sərhədləri keçilərkən aparılacaq. Bu, sürətli rejimdə həyata keçiriləcək. Gələcəkdə pasport nəzarətinin yola salınma və gəliş məntəqələrində həyata keçirilməsi mümkündür. Lakin bunun üçün iki ölkənin müvafiq qurumlarının pasport nəzarətinin nəticələrinin qarşılıqlı tanınması barədə razılığa gəlməsi vacibdir\”.
İnterpress.az