Ərdoğan: “Suriya ilə sərhəddə olan Rusiya deyil, Türkiyədir”backend

Ərdoğan: “Suriya ilə sərhəddə olan Rusiya deyil, Türkiyədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə bu məsələdə müzakirə aparacaqlarını deyib.

“Putinlə daha əvvəl Moskvada keçirdiyim görüşdə danışılanları və bundan sonra gözlənilənləri müzakirə edəcəyik. Bu məsələdəki narahatlığımı xüsusi vurğulayacağam, məyus olduğumu bildirəcəyəm. Dost ölkə kimi atdıqları addımı, əməliyyatları bir daha nəzərdən keçirmələrini istəyəcəyəm. Çünki regionda əzab-əziyyəti çəkən bizik.

Rusiyanın Suriya ilə sərhədi yoxdur. Nə üçün belə müdaxiləyə ehtiyac duydu? Bizimsə 911 kilometrlik sərhədimiz var. Bundan narahatam. 2 milyon insan bizə gəldi, Rusiyaya yox”.

İnterpress.az