Rayonun Cəmilli kəndində 27 yaşlı oğlan valideynlərinin həyatına son qoyub.
Ruhi xəstə olan kənd sakini Qurban Nəsibov atası 64 yaşlı Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı qətlə yetirib.
Yaxınlarının sözlərinə görə, anasını boğan gənc, atasının baş nahiyəsinə dəmir parçasıyla zərbələr endirib.
Hadisəni törətdikdən sonra səhər saatlarında qonşu kəndə, bacısının evinə gedən Qurban yaxınlarına ata- anasının yuxudan oyanmadığını deyib. Qohumları baş verən hadisədən bundan sonra xəbər tutub.
Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. Hər iki meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tərtər rayon şöbəsinə aparılıb.
Cinayəti törətməkdə təqsirli bilinən Qurban Nəsibov artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. ( anspres.com )
İnterpress.az