Bu barədə məlumat “BMF” telekanalında yayımlanıb.
İlkin məlumatlara görə, daşqınlar zamanı 13 nəfər ölüb, 6 nəfər itkin düşüb. Telekanalın verdiyi məlumata əsasən, itkin düşənlərdən 5-i artıq ölüb. Şəhərdəki gərgin vəziyyət, çayın öz yatağından çıxması və güclü su axının maşınları yuyub aparması bu qənaətə gəlməyə imkan verir.
Xilasedicilər bildiriblər ki, bir neçə dəqiqə ərzində çayın suyunun səviyyəsi iki metrdən artıq olub. Bir anda evləri, dəmir yolunun yeraltı keçidlərini və avtomobil tunellərini su basıb.
Nis şəhərinin meri Kristian Astrozi bu hadisəni böyük təbii fəlakət adlandırıb. Şəhərə çox böyük ziyan dəyib. Şəhərin mərkəzi və dəniz kənarı küçələri qalın palçıqla örtülüb.
İnterpress.az