Nazirlikdən Ziya Məmmədovun bacısı ilə bağlı açıqlamabackend

Nazirlikdən Ziya Məmmədovun bacısı ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqazinfo-nun sorğusuna cavab olaraq bildirilib ki, yayılan informasiya doğru deyil: ““Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın tutduğu vəzifədən azad edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Qeyd edək ki, İnterpress.az saytının əməkdaşı dünən məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovla əlaqə saxlamış və nazirliyin rəsmisi sözügedən hadisədən xəbərsiz olduğunu bildirmişdi.

“Bu gün bazar günüdür, iş günü deyil. Mənim bu məsələdən xəbərim yoxdur, belə bir şey eşitməmişəm. Əgər belə bir hadisə olsaydı mən mütləq bilərdim. Daha dəqiq məlumalı iş günü verə bilərəm.” deyə Cəsarət Valehov bildirmişdi.

İnterpress.az