Bunu APA-ya açıqlamasında ANS-in baş direktoru Mirşahin Ağayev deyib.
O bildirib ki, MTRŞ-nın bu gün keçirdiyi növbəti toplantıda iştirak edib.
M. Ağayev əlavə edib ki, MTŞR-nın bu gün qəbul etdiyi qərarda da onların razılaşmadığı bır sıra məsələlər var: “Elə buna görə də məhkəməyə müraciət edəcəyik”.
Baş direktor qeyd edib ki, ötən həftə MTRŞ-nın qərarı ilə 1 ay müddətinə qapadılan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinə görə məhkəməyə müraciət etmək üçün sənədlər hazırlanıb.
Qeyd edək ki, bu gün MTRŞ ANS-i 54 min manat məbləğində cərimələyib, “Salam, Azərbaycan” verilişi 10 gün müddətinə, ötən həftə isə ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramları 1 ay müddətində bağlanılıb.
İnterpress.az