Aralıq dənizində ikinci Aylan faciəsi…backend

Aralıq dənizində ikinci Aylan faciəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yunanıstanın İstanköy adasındakı bir çimərlikdə Avropa yolçusu olduğu təxmin edilən 4 yaşlarındakı bir oğlan uşağının cansız bədəni tapılıb. Uşağın cəsədi İstanköy dövlət xəstəxanasına aparılıb. Hazırda kiçik uşağın kimliyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar başlanılıb.

Qeyd edək ki, sentyabrın 2-də Avropaya gedən 3 yaşlı Aylan ailəsi ilə birlikdə Aralıq dənizində batmışdı. Aylanın sahilə çıxan cansız bədəni günlərlə bütün dünyanın gündəminə çevrildi.

İnterpress.az