Rabitə və yüksək texnologiyalar naziri əmr imzalayıbbackend

Rabitə və yüksək texnologiyalar naziri əmr imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirin əmri ilə Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsinə dair onun rəhbərliyi ilə qərargah yaradılıb. Qərargah rəhbərinin müavini nazirin birinci müavini İltimas Məmmədovdur.

Qərargaha həmçinin \”Aztelekom\” MMC-nin baş direktoru vəzifəsini icra edən Məhəmməd Məmmədov, \”Bakı Telefon Rabitəsi\” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, \”Azərpoçt\” MMC-nin baş direktoru Qənbər Bəybalayev, \”Azərkosmos\” ASC-nin sədri Rəşad Nəbiyev, Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov, Elektron Təhlükəsizlik Mərkəzinin direktoru Faiq Fərmanov, \”Azercell Telekom\” MMC-nin prezidenti vəzifəsini icra edən Vahid Mürsəliyev, \”Bakcell\” MMC-nin baş icraçı direktoru Riçard Şirer, \”Azerfon\” MMC-nin baş icraçı direktoru Kent Maknili və digər şəxslər daxil edilib.

Bununla yanaşı, əmrə əsasən, IV İslam Həmrəyliyi Oyunlarının telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi üçün texniki təkliflərin hazırlanması, aidiyyəti üzrə müzakirə edilməsinin təşkili, qərargaha operativ məlumatların və təkliflərin verilməsi, telekommunikasiya sahəsində olan digər icraçılarla əlaqənin yaradılması məqsədi ilə əlaqələndirici işçi qrupu yaradılıb.

Qərargaha tapşırılıb:

– Oyunlar keçiriləcək obyektlərin və digər əlaqəli məkanların zəruri telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin olunması üçün Təşkilat Komitəsinin tələbatına uyğun tədbirlər görülsün;

– Oyunların keçirilməsinin təşkili üçün tələb olunan radiotezliklərin ayrılmasına dair tədbirlər görülsün;

– İşlərin gedişatı barədə operativ və mütəmadi məlumatlar hazırlansın və mənə məruzə edilsin;

– Texniki təkliflərin hazırlanması və məsləhətləşmələrin aparılması məqsədilə zərurət yarandığı təqdirdə, birlik və müəssisələrdən mütəxəssislər və əlavə ekspertlər cəlb edilsin.

İnterpress.az