İnterpol xətti ilə saxlanılan 24 yaşlı həmyerlimiz məşhur boksçu Sergey Laşenkonun ölümündə təqsirli bilinir.
Hazırda B. Həsənov yerli polis bölməsində saxlanılır. Sankt-Peterburq hüquq-mühafizə orqanları ekstradisiya prosedurunun başladılması üçün Ukrayna tərəfi ilə danışıqlar aparır.
Qeyd edək ki, Ukraynanın muay-tay üzrə çempionu S. Laşenko 8 aprel 2015-ci il tarixində yəhudi xəstəxanası ərazisində travmatik silahdan açılan atəş nəticəsində ölüb. Ehtimal edilir ki, boksçu dostları ilə birlikdə şəhərdə gəzərkən qafqazlılarla qız üstündə mübahisəsi düşüb. S. Laşenko travmatik silahdan güllə yarası alıb. O, xəstəxanaya çatdırılsa da, rəqibləri onu izləyərək qəbul bölməsində yenidən atəş açıblar və dünyasını dəyişib. ( apa )
İnterpress.az