Gecə və səhər yarımadanın bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-19, gündüz 22-27 dərəcə isti olacaq.
Bölgələrdə gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi axşam mülayim qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlıq ərazilərdə gecə 5-10, gündüz 11-16 dərəcə isti olacaq.
İnterpress.az