Cəlilabadda “KamAz” 8 yaşlı uşağı vurubbackend

Cəlilabadda “KamAz” 8 yaşlı uşağı vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə oktyabrın 6-da axşam saatlarında rayonun Privolnı kəndi ərazisində qeydə alınıb. Sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan \”KamAz\” markalı yük maşını hərəkətdə olarkən 8 yaşlı kənd sakini Aqşin Faiq oğlu Məmmədovu vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.

8 yaşlı Aqşin isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

İnterpress.az