Nuşirəvan Məhərrəmli: “Bir telekanalı məhkəməyə vermişik”backend

Nuşirəvan Məhərrəmli: “Bir telekanalı məhkəməyə vermişik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O bildirib ki, seriallar üçün ən aşağı səviyyəli mövzular seçilib: “Ailə-məişət məsələsi, ailədə xəyanət, varlı-yoxsul arasında olan münasibətlər seriallarda əsas mövzu kimi qoyulub. Biz seriallarla bağlı məsələni artıq bir qədər səngitmişik. Gördüyünüz kimi, xeyli müddətdir ki, bununla bağlı hər hansı bir yenilik yoxdur”.

MTRŞ sədri qeyd edib ki, bu səbəblərə görə də Azərbaycan ictimaiyyəti serialları qəbul etmədi: “Təbii ki, yaxşı seriallar çəkildi. Seriallara çəkilən xərclər bu sahədə müəyyən canlanma yaratdı. Müəyyən aktyor və aktrisalar işə cəlb olundu. Bu sahədə infrastrukturun qurulmasına böyük dəstək oldu. Yəni bu sahədə xeyli iş görüldü. Hətta ssenaristlərin sayı artdı. Amma təbii ki, ümumi keyfiyyət bizi qane etmir. Özəl kanalların əsas gəlir yeri reklamlardır. Biz Türkiyədə, Rusiyada çəkilən serialları Azərbaycanda çəkilən seriallardan üstün tuturuq. Amma Türkiyədə efirdə yayımlanan reklamın dəqiqəsi 40-50 min dollar, bizdə isə 1000 manat həcmindədir. Təsəvvür edin ki, onların bizdən 50 dəfə çox maliyyə gəliri var. Bu sahədə dəyişikliklər ölkəmizin iqtisadi qüdrəti artdıqca özünü göstərəcək. Biz birdən-birə bu sahədə inqilabi dəyişiklik edəcəyimizi gözləmirdik”.

N. Məhərrəmli müsahibəsində məhkəməyə verilən telekanalın adını açıqlamasa da, APA-nın əldə etdiyi məlumata görə, MTRŞ-nın məhkəməyə verdiyi televiziya kanalı İTV-dir. İTV \”Qarabağnamə\” teleserialını yarılmçıq dayandırdığına görə bu addım atılıb.

İnterpress.az