Dollar bahalaşıb, avro ucuzlaşıbbackend

Dollar bahalaşıb, avro ucuzlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 8-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 7-si ilə müqayisədə 0,0002 manat və ya 0,02% artaraq 1,0480 manata yüksəlib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0021 manat və ya 0,18% azalaraq 1,1796 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0003 manat və ya 1,82% artaraq 0,0168 manat olub.

İnterpress.az