Vaan Martirosyanın anasını İrəvanda maşın vurubbackend

Vaan Martirosyanın anasını İrəvanda maşın vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cülyetta Virabyan İrəvanda yolu keçmək istəyərkən vurulub.

Bud sümüyünün sınığı ilə “Erebuni” xəstəxanasına yerləşdirilən qadın hazırda palatadadır.

Müayinədən sonra əməliyyata ehtiyac olub-olmadığı məlum olacaq.

Qeyd edək ki, Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb. V. Martirosyan özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə bu ilin sentyabrında Ermənistandan qaçaraq, Azərbaycana gəlib.

İnterpress.az