Parlament seçkilərində namizədliyi qeydə alınmış şəxslər, onların səlahiyyətli nümayəndələri, vəkil elan edilmişlər təbliğat apara bilərlər.
Təşviqat kampaniyası seçkilərə 23 saat qalmışa qədər davam edəcək. Bu isə 31 oktyabr saat 08:00-a təsadüf edir.
Qeyd edək ki, Milli Məclisə növbəti seçkilər noyabrın 1-də keçiriləcək.
Bu vaxta qədər 125 seçki dairəsi üzrə 1233 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
İnterpress.az